27 Avqust saxlanılan “Manifest” qrupunun meneceri Tolqa Akış haqqında yeni faktlar üzə çıxıb. Akış ifadəsində qrupun menecment fəaliyyətindən əldə olunan gəlirin 60 faizinin üzvlər arasında bərabər bölüşdürüldüyünü, 40 faizinin isə layihə xərclərinə ayrıldığını bildirib
XeberPlus.com bildirir ki, O, həmçinin aylıq qazancının 350 min TL (təxminən 13-14 min manat) olduğunu açıqlayıb.
Həmçinin qrup üzvlərinin şəxsi sosial media hesablarından müstəqil şəkildə reklam xarakterli paylaşımlar edə bilmədiyi ilə bağlı iddiaya da münasibət bildirib. Akış bu iddianın qismən doğru olduğunu deyib.
Menecer “Manifest” üzvlərinin tətillərini onunla keçirməyə məcbur edildiyi barədə iddianı da təkzib edib. O, mətbuatda yayılan foto və görüntülərin təxminən 1 il əvvəl qrup üzvlərinin birlikdə iştirak etdiyi bir günlük istirahət zamanı çəkildiyini bildirib. Akış bu iddianın da həqiqəti əks etdirmədiyini vurğulayıb.









