Xəstəxanaya yerləşdirilən türkiyəli aktyor Cem Yılmaz ağır infarkt keçirib.
XeberPlus.com bildirir ki, həkimlər sənətçinin ürəyində tıxanmış damara müdaxilə edərək təxminən 40 dəqiqə ərzində balon və stent əməliyyatı aparıblar.
Həkim Ercan Akşit sənətçinin vəziyyətinin hazırda stabil olduğunu bildirib.
“Cem bəy insanın keçirə biləcəyi böyük ürək infarktlardan biri ilə gəldi. Təxminən 40 dəqiqə ərzində proseduru tamamladıq. Hazırda vəziyyəti stabildir. Belə davam edərsə, iki gün sonra evə buraxıla bilər”
Sənətçinin qardaşı Can Yılmaz isə onun vəziyyətinin yaxşı olduğunu və müalicə prosesinin uğurla başa çatdığını qeyd edib.







