XeberPlus

Ən son xəbərlər

Maqazin

Üz əməliyyatından sonra çətin günlər yaşayan Didem Ceranın maraqlı ritualı

İnfluenser Didem Ceran Cənubi Koreyada keçirdiyi dəri əməliyyatlarından sonra yaşadığı çətin günləri geridə qoymaq üçün Balidə xüsusi təmizlənmə və xeyir-dua ritualı keçirib. Ceran ritual zamanı yaşadığı hissləri sosial media hesabında paylaşıb.

O, bu ritualın adi olmadığını hətta insanı günahlardan, mənfi enerjidən və keçmişin ağırlığından təmizlədiyini vurğulayıb.

Ceran paylaşımında bildirib:

“ Üzümdə qalan izlər bəlkə bir gün sağalar. Amma ruhumda buraxdığı qaranlığı daşımaq niyyətində deyildim.

D.Ceran bu suyla paklaşdığınıda qeyd edib:

“Yaşadığım qaranlıqdan təmizləndim. Müqəddəs su ilə paklandım. Sudan çıxanda bədənim eyni idi, amma ruhum artıq əvvəlki kimi deyildi.”

O, paylaşımının sonunda izləyicilərinə də sual ünvanlayıb:

“Sizcə, həqiqətən təmizləndim, yoxsa insanın ruhunu müqəddəs su deyil, yalnız öz keçmişi ilə üzləşməsi təmizləyir?”

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *