2026/2027-ci tədris ili üzrə bir sıra şəhidlərin həyat yoldaşları ali təhsil müəssisələrinə qəbul olunub.
XeberPlus.com bildirir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki,Vətən müharibəsi qəhrəmanı, Baş gizir Camal İsmayılovun xanımı Fatimə İsmayılova – Odlar Yurdu Universiteti, Turizm işinin təşkili ixtisasına qəbul olunub.
Şəhid leytenant Elcan Məmmədovun həyat yoldaşı Gülnarə Məmmədova Qərbi Kaspi Universitetində Biznesin idarə edilməsi, şəhid baş leytenant Elməddin Nəsibovun həyat yoldaşı Gülnar Nəsibova Azərbaycan Kooperasiya Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə tələbə adını qazanıb.
Şəhid baş leytenant Emin Mahmudovun həyat yoldaşı Aytac Mahmudova Azərbaycan Kooperasiya Universitetinin Maliyyə, şəhid kapitan Rəşad Əliyevin həyat yoldaşı Rəfiqə Əliyeva isə həmin universitetin İqtisadiyyat ixtisasına qəbul olunub.
Şəhid kapitan Hikmət Hacıyevin həyat yoldaşı Rühanə Hüseynova isə Lənkəran Dövlət Universitetinin Marketinq ixtisası üzrə təhsil alacaq.








