XeberPlus

Ən son xəbərlər

Digər

Çin dili öyrənməyin asan yolları

İlk baxışda adı çətin dillər sırasında çəkilən çin dili bu gün milyonlarla insan tərəfindən sevilərək öyrənilən dillər sırasına daxil olub. Hər dildə olduğu kimi bu dilin də özünəməxsus tonu və yazması var. Beynəlxalq dil öyrənmə statistikasına görə ən çox öyrənilən dillər sırasında dördüncü yeri tutur.

Mütəxəsisslərin sözlərinə görə dili öyrənən şəxslər pinyen sistemini bilməlidirlər. Bu sistem sözün necə oxunduğunu bildirir. Çin dilində eyni səs fərqli tonlarda deyildikdə fərqli məna verə bilər. Bunun üçün də təkrarlamaq və dinləmək vacibdir. Tək-tək sözlərdənsə, gündəlik istifadə olunan cümlələri əzbərləmək daha effektlidir. Mahnı dinləmək, filmə baxmaqda önəmli rol oynayır. Əvvəlcə altyazı ilə izləmək, daha sonra eşidilən ifadələri təkrarlamaq tələffüzü yaxşılaşdırır. Heroqlifləri öyrənərkən isə tələsməmək lazımdır. İlk mərhələdə ən çox istifadə olunan sadə heroqlifləri öyrənmək kifayətdir. Hər gün bir neçə heroqlifi yazmaq zamanla oxu və yazı bacarığının formalaşmasına kömək edir. Çin dilini öyrənərkən əsas olan məsuliyyəti dərk etmək və davamlılığdır. Hər gün davamlı məşğul olmaq dilin inkişafına, beyinin isə dili mənimsəməsinə səbəb olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *