Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfəri başlayıb.
Ceyhun Bayramovu Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.
Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Bundan başqa, Ceyhun Bayramovun digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.





