XeberPlus

Ən son xəbərlər

Mədəniyyət

Ağır qəzaya düşən Xalq artisti Şükufə Yusupovadan XƏBƏR VAR

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Bu məlumat XeberPlus.comın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

“Onun vəziyyəti hazırda stabil qiymətləndirilir”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupovanı piyada zolağının üstündə maşın vurub.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *