XeberPlus

Ən son xəbərlər

Siyasət

Prezident və birinci xanım Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

XeberPlus.com xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *