XeberPlus

Ən son xəbərlər

Cəmiyyət

Zəngilan və Cəbrayılda 156 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı.

Xeberplus.com-un xəbərinə görə, səhər saatlarında yola salınan 235 nəfərdən ibarət 59 ailə mənzil başına çatıb.

Ailələrə mənzillərin açarları təqdim olunub.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Xeberplus.com-un xəbərinə görə, Şükürbəyliyə çatan 97 ailəyə mənzillərin açarları təqdim olunub.

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb.

Xeberplus.com qeyd edir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 235 nəfərdən ibarət 59 ailə, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 419 nəfərdən ibarət 97 ailə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *