XeberPlus

Ən son xəbərlər

İqtisadiyyat

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Avqustun 20-də iqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.

XeberPlus.com-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüş saat 11:00-dan etibarən Masallı şəhəri, Dadva yaşayış massivi, Masallı Sənaye Məhəlləsinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *