XeberPlus

Ən son xəbərlər

Hadisə

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə XeberPlus.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *