XeberPlus

Ən son xəbərlər

Sosial

Gürcüstanla sərhəddə minlərlə maşın qalıb

Gürcüstanla sərhəddə böyük növbə yaranıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 1 030 avtomobil gözləyir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” gömrük postunda isə 37 yük maşını var.

Hazırda “Xanoba”, “Mazımqara” və “Biləsuvar” gömrük postlarında gözləyən avtomobil yoxdur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *