ABŞ-də yeni epidemiya həyəcanı: iki nəfər həyatını itirib
ABŞ-də “Cyclospora” parazitinin yaratdığı siklosporiaz xəstəliyinə yoluxma hallarında ciddi artım qeydə alınıb.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) avqustun 4-də açıqladığı məlumata görə, mayın 1-dən avqustun 3-dək ölkə daxilində 10 468 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Xəstəliyə 47 ştatda rast gəlinib, 517 nəfər xəstəxanaya yerləşdirilib, iki nəfər isə həyatını itirib. Daha 12 255 halın laborator təsdiqi və araşdırılması davam edir.
Miçiqan ştatında ümumilikdə 11 508 yoluxma halı qeydə alınıb. İyulun 30-dək 193 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. Həyatını itirən iki şəxsin ciddi yanaşı xəstəliklərinin olduğu açıqlanıb.
CDC bir neçə yoluxma qrupunu araşdırır. Onlardan birinin aysberq kahısı ilə əlaqəli olduğu müəyyənləşdirilib. Xəstəlik çirklənmiş qida və su vasitəsilə yayıla bilər.
Siklosporiazın əsas əlamətləri sulu ishal, qarın sancısı, köp, ürəkbulanma, iştahasızlıq, çəki itkisi və halsızlıqdır. Mütəxəssislər meyvə-tərəvəzin axar su altında yaxşı yuyulmasını və mümkün olduqda ən azı 70 dərəcə temperaturda bişirilməsini tövsiyə edirlər.
Mənbə: CDC və Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamenti





