Hindistanın Bihar ştatında yerləşən məbəddə baş verən izdiham nəticəsində ölən və yaralananların olduğu bildirilir.
XeberPlus.com Milliyet.com-a istinadla bildirir ki, Ştat rəhbərliyi hadisədən sonra təcili yardım qruplarının əraziyə cəlb edildiyini bildirib. Səlahiyyətli şəxslər izdiham nəticəsində 7 nəfərin həyatını itirdiyini, çox sayda yaralının isə müalicə üçün bölgədəki xəstəxanalara çatdırıldığını açıqlayıblar.
İbadət edənlər arasında təşvişə ətraf əraziyə aşdığı ehtimal olunan elektrik dirəyinin səbəb olduğu düşünülür.







