Bu barədə “Report”un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
“Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır”, – XİN nümayəndəsi bildirib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.
İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi.
Arzu İbrəhimova







