2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları 9 qeyri-iş günü gözləyir.
XeberPlus.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün təsdiqlədiyi istehsalat təqvimində qeyd olunub.
Təqvimə əsasən, dekabrda 8 gün şənbə və bazar günlərinə düşür. Dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.
Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar ay ərzində 22 gün işləyəcək, 9 gün istirahət edəcəklər.
Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 5 qeyri-iş günü nəzərdə tutulub.








