XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

Dövlət Baxçalıdan Atatürklə bağlı paylaşım

MHP sədri Dövlət Baxçalı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümü ilə bağlı açıqlama yayıb.

XeberPlus.com xəbər verir ki, Baxçalı açıqlamasında Atatürkü rəhmət, minnətdarlıq və hörmətlə yad edib, onun ideyalarının və Cümhuriyyətin əsas prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.

Partiya sədri bildirib ki, Atatürkü yalnız xatırlamaq kifayət deyil, onun düşüncələrini də düzgün anlamaq lazımdır. Onun fikrincə, Atatürkün irsini yaşatmağın ən doğru yolu bu dəyərləri qorumaq və müasir dövrün tələblərinə uyğun inkişaf etdirməkdir.

O, Türkiyənin siyasi, sosial, mədəni və iqtisadi sahələrdə inkişafının Atatürkün dövlətçilik prinsipləri əsasında qiymətləndirilməli olduğunu qeyd edib. Həmçinin ölkənin geosiyasi mövqeyinin nəzərə alınmasını, elmi və texnoloji yeniliklərdən gələcək inkişaf naminə istifadə edilməsini vacib sayıb.

Baxçalı Atatürkün böyüklüyünün yalnız hərbi qələbələri ilə deyil, ölkədə həyata keçirdiyi islahatlarla da bağlı olduğunu bildirib. O, Atatürkün “Mənim ən böyük əsərim Cümhuriyyətdir” sözlərinidə xatırladıb.

MHP sədri gələcək nəsillərin əsas vəzifəsinin Türkiyə Cümhuriyyətinin qurucusundan miras qalan dəyərləri qorumaq olduğunu vurğulayıb.

Açıqlamasının sonunda Baxçalı Atatürkü və şəhidləri yad edərək onlara Allahdan rəhmət diləyib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *