XeberPlus

Ən son xəbərlər

İdman

Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” qarşılaşması təxirə salınıb. 

XeberPlus.com PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *