Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə XeberPlus.com Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.









