XeberPlus

Ən son xəbərlər

Hadisə

Körfəzdə neft tankerinə hücum edildi – ÖLƏN VAR

Fars körfəzində neft daşıyan tanker hücuma məruz qalıb. Gəmidə baş verən partlayış nəticəsində bir dənizçi həyatını itirib.

XeberPlus.com xəbər verir ki, hadisə Marşall adaları bayrağı altında üzən “MT Velos Sapphire” tankerində qeydə alınıb.

Yunanıstanın “Velos Tankers” şirkətinə məxsus gəmi yük olmadan Bəhreynə doğru hərəkət edərkən partlayış baş verib. İlkin ehtimallara görə, partlayışa naməlum raketin gəmiyə dəyməsi səbəb olub.

Hadisədən sonra ekipaj üzvlərindən birinin itkin düşdüyü bildirilib. Daha sonra onun həlak olduğu müəyyənləşdirilib. Partlayış nəticəsində gəmidə yanğın başlasa da, ekipaj alovu söndürməyə nail olub.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *