Bakıda sevgilisinin başını kəsən 61 yaşlı məhbus həbsdə insult keçirib.
XeberPlus.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında cəzaçəkmə müəssisələrindən birində baş verib.
1965-ci il təvəllüdlü Azər Şirməmməd oğlu Ağayev cəzaçəkmə müəssisəsində qəfil huşunu itirərək yıxılıb. O, təcili müalicə müəssisəsinə çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, A.Ağayev 2016-cı ildə Bakıda qeyri-rəsmi münasibətdə olduğu, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlhamə Talıbovanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.








