XeberPlus

Ən son xəbərlər

Maraqlı

2,4 milyon avroluq avtomobili oğurladı – Şirkət rəhbərinin reaksiyası təəccübləndirdi

Xorvatiyada “Bugatti” və “Rimac” şirkətlərinin rəhbəri Mate Rimaca məxsus 2,4 milyon avro dəyərində “Bugatti Chiron” avtomobili oğurlanıb.

XeberPlus.com xəbər verir ki, Mate Rimac illərdir əməkdaşlarının avtomobillərdən rahat istifadə etməsi üçün şirkətin dayanacağındakı nəqliyyat vasitələrinin açarlarını üzərində saxlayırmış.

Lakin bu dəfə həmin vərdiş bahalı avtomobilin oğurlanması ilə nəticələnib. Şirkət əməkdaşları avtomobili idarə edən şəxsin onlara tanış olmadığını gördükdə dərhal rəhbərliyə məlumat veriblər.

Hadisədən xəbər tutan Rimac avtomobilin yerini, sürətini və yanacaq səviyyəsini göstərən izləmə sistemi vasitəsilə onun hərəkətini nəzarətdə saxlayıb. Avtomobilin Sloveniya sərhədini keçərək Avstriyaya doğru irəlilədiyini müəyyən edən rəhbər özünün “Porsche 911” avtomobili ilə oğrunun arxasınca gedib.

Avstriya polisi də axtarışa qoşulub. Şübhəli şəxs yanacaqdoldurma məntəqəsində pul ödəmədən yanacaq götürərək yoluna davam etsə də, polis əməkdaşları avtomobili saxlayaraq onu yaxalayıblar.

Polis bölməsində oğru ilə qarşılaşan Rimac onun 30 yaşlarında Xorvatiya vətəndaşı olduğunu öyrənib. Şübhəli şəxs şirkətə iş üçün müraciət etməyə gəldiyini, avtomobilin açarlarını üzərində gördükdə isə qəfil qərarla onu götürdüyünü bildirib.

Bu izahatdan sonra Mate Rimac şübhəli şəxsdən şikayətçi olmayacağını açıqlayıb. Hətta onu ailəsinin yanına, evinə aparmağı təklif edib. Lakin polis əməkdaşları hüquqi prosedurlara görə buna icazə verməyiblər.

Qeyd edək ki, oğurlanan avtomobil yüngül zədələrlə sahibinə qaytarılıb. Hadisədən sonra Rimac şirkətin dayanacağındakı avtomobillərin açarlarının artıq üzərlərində saxlanılmayacağını bildirib. Avtomobilin yüksək dəyərinə görə şübhəli şəxs barəsində cinayət təqibi aparılması da mümkündür.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *