XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ-da seçkilər başladı – Milyonlarla seçici səs verir

ABŞ-da Konqresin yeni tərkibini müəyyənləşdirəcək aralıq seçkilərdə səsvermə başlayıb. Noyabrın 3-də keçirilən seçkilərdə milyonlarla amerikalı seçki məntəqələrinə üz tutub.

XeberPlus.com xəbər verir ki, seçkilər çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasındakı 435 yerin hamısı, Senatdakı 35 yer və 36 ştatın qubernator vəzifəsi uğrunda səsvermə keçirilir.

Seçkilər ABŞ Prezidenti Donald Trampın hakimiyyətinin növbəti iki ilində Konqresdə siyasi qüvvələr balansının necə formalaşacağını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Səsvermə davam edərkən Nyu-York ştatının Vestçester bölgəsində texniki problem qeydə alınıb. Bəzi seçki məntəqələrində səsvermə bülletenlərini oxuyan qurğuların işləmədiyi bildirilib.

Yerli rəsmilər problemin kağız bülletenlərin qurğular tərəfindən qəbul edilməməsi ilə əlaqəli olduğunu açıqlayıblar. Seçicilərdən səsverməni davam etdirmələri, doldurulmuş bülletenlərin isə xüsusi mühafizə olunan torbalara yerləşdirilməsi istənilib.

Seçki komissiyası bütün etibarlı səslərin hesablanacağını bildirib. Problemin aradan qaldırılması üçün yerli və ştat rəsmilərinin birgə fəaliyyət göstərdiyi qeyd olunub.

İlkin nəticələrin ABŞ-da səsvermə məntəqələri bağlandıqdan sonra açıqlanmağa başlaması gözlənilir.

Qeyd edək ki, yekun nəticələrin müəyyənləşdirilməsi bəzi ştatlarda proses asılı bir neçə gün çəkə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *