Səbinə Əliyeva növbəti 7 il müddətinə yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib.
XeberPlus.com xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Məsələ müzakirə edildikdən sonra keçirilən səsvermənin nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə 3 nəfər – hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.








