XeberPlus

Ən son xəbərlər

Hadisə

İsmayıllıda avtomobil aşıb, yaralılar var

İsmayıllı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

XeberPlus.com Report-a istinadən xəbər verir ki, qəza rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildəki Qəbələ rayon sakini olan iki nəfər ağır bədən xəsarəti ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *