ABŞ-in Florida ştatında təyyarə qəzası baş verib.
XeberPlus.com xəbər verir ki, qəza nəticəsində 9 nəfər həyatını itirib.
Partlayış nəticəsində elektrik xətləri qırılıb və yolun bir hissəsi çöküb.
Qəzadan sonra ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (AMNTŞ) və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı geniş araşdırmaya başlayıb.
Qara qutuların təhlili və yekun hesabatın hazırlanması vaxt aparsa da, radar məlumatları, hava şəraiti və pilotun dispetçerlə son danışığı qəzanın səbəblərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Verilən məlumatlara əsasən, təyyarə bir neçə dəqiqə ərzində idarəetməni itirib.
Pilot radio vasitəsilə bir neçə dəfə təcili yardım siqnalı verərək təyyarənin sürətlə hündürlük itirdiyini bildirib.
Pilot sonuncu dəfə təyyarənin enmə sürətinin əvvəlcə dəqiqədə 8 min, daha sonra 10 min, son mərhələdə isə 20–30 min futa çatdığını qeyd edib.








