Rusiya Ukraynanın növbəti təxribat cəhdinin qarşısını aldığını açıqlayıb.
XeberPlus.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Məlumata görə, Ukrayna Rusiya ordusunun hərbi dron operatorları üçün nəzərdə tutulmuş FPV eynəklərinin içərisinə partlayıcı maddələr yerləşdirib.
Bildirilib ki, cihazların humanitar yardım adı altında Rusiya əsgərlərinə çatdırılması planlaşdırılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, eynəklərə yerləşdirilən qurğular onların işə salınması zamanı partlamaq üçün nəzərdə tutulub.
Rusiya təhlükəsizlik orqanları cihazların göndərilməsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini bildirib.








