“Yeraltı” serialının aktyoru Hakan Çelebi qatıldığı proqramların birində aparıcıya əsəbiləşib.
XeberPlus.com xəbər verir ki, aktyor vəfat edən atasından danışarkən ona başsağlığı verməyən aparıcıya sərt reaksiya göstərib.
O, aparıcıya “Allah rəhmət eləsin” deyə bilərdiniz, deyərək narazılığını bildirib.
Aktyorun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Hakan Çelebi “Yeraltı” serialında “Paşa” obrazını canlandırır.








