XeberPlus

Ən son xəbərlər

Texnologiya

“Chery Tiggo 2” təhlükəsizlik testindən keçə bilmədi – Sıfır ulduz aldı

Çinin avtomobil istehsalçısı “Chery”nin “Tiggo 2” modeli beynəlxalq təhlükəsizlik sınaqlarında uğursuz nəticə göstərib. Avtomobil toqquşma testlərində ən aşağı qiymətləndirmə olan sıfır ulduz alıb.

XeberPlus.com xəbər verir ki, bu barədə Latın Amerikası və Karib hövzəsi üzrə Yeni Avtomobillərin Qiymətləndirilməsi Proqramı (NCAP) məlumat yayıb. Nəticələr təşkilatın 2026-cı il üçün yenilənmiş təhlükəsizlik standartlarına əsasən açıqlanıb.

Sınaqlarda “Chery Tiggo 2”, “Tiggo 2 Pro” və “Tiggo 2 Pro Max” modellərini əhatə edən avtomobilin böyüklərin və uşaqların qorunması üzrə göstəriciləri sıfır faiz olub.

Dörd təhlükəsizlik yastığı və elektron sabitlik sistemi ilə təchiz edilən avtomobildə ön toqquşma zamanı kuzovun dayanıqlığı ilə bağlı ciddi çatışmazlıqlar aşkarlanıb. Sürücünün döş qəfəsinin yüksək təzyiqə məruz qalması və yanğın riskinin müəyyən edilməsi təhlükəsizlik qiymətləndirməsinə mənfi təsir göstərib.

Bundan əlavə, avtomobil piyadaların və digər həssas yol istifadəçilərinin qorunması üzrə 48,89 faiz, təhlükəsizliyə yardım sistemləri üzrə isə 45,45 faiz nəticə əldə edib.

Hesabatda avtomobildə başın yan tərəfdən qorunmasını təmin edən təhlükəsizlik yastıqlarının, arxa oturacaqlarda təhlükəsizlik kəmərinin dartıcı mexanizmlərinin və qabaqcıl sürücüyə yardım sistemlərinin çatışmadığı qeyd olunub.

“NCAP”ın baş katibi Alexandro Furas geniş istifadə olunan avtomobil seqmentində belə aşağı təhlükəsizlik nəticələrinin narahatlıq doğurduğunu bildirib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *