Şəkər əvəzinə istifadə olunan süni şirinləşdiricilərin beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi məlum olub.
XeberPlus.com xəbər verir ki, Amerika Nevrologiya Akademiyasının tibb jurnalı olan “Neurology”də dərc edilən araşdırmada geniş istifadə olunan aşağı kalorili və kalorisiz şirinləşdiricilərin yaddaş və düşünmə qabiliyyətinə mümkün təsiri öyrənilib.
Təxminən 13 min insanın iştirak etdiyi araşdırmanın nəticələrinə görə, bu maddələri çox qəbul edən şəxslərdə yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi ən az istifadə edənlərlə müqayisədə 62 faiz daha sürətli olub.
Araşdırmada qeyd edilib ki, süni şirinləşdiricilərlə bağlı bu əlaqə xüsusilə şəkərli diabet xəstələrində daha aydın müşahidə olunub.
Şəkər əvəzediciləri uzun müddətdir daha az şəkər qəbul etmək istəyənlər üçün alternativ kimi təqdim edilsə də, yeni nəticələr onların uzunmüddətli beyin sağlamlığına təsirlərinin də nəzərə alınmasının vacibliyini göstərir.








