“Kızılcık Şərbəti”nin yeni mövsümündə daha bir ayrılma elan edilib.
XeberPlus.com xəbər verir ki, “Lider“ rolunu canlandıran Murat Aygen layihədən ayrılacağını açıqlayıb.
Murat Aygen serialdan ayrılmaq qərarının ssenarist dəyişikliyi ilə əlaqəli olmadığını vurğulayıb. Aktyorun sözlərinə görə, personajın zaman keçdikcə daha qaranlıq xarakter alması layihədən ayrılmasına təsir göstərib.








