XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

Rusiya hərbçiləri qaz borusu vasitəsilə Ukraynaya doğru irəliləyib

Rusiya-Ukrayna müharibəsində qeyri-adi hərbi əməliyyatın görüntüləri yayılıb. Ukrayna ordusu yeraltı qaz borularından istifadə edərək mövqelərə gizlicə keçməyə çalışan Rusiya hərbçilərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb.

XeberPlus.com xəbər verir ki, hadisə Ukraynanın Xarkov vilayətində, Kupyansk istiqamətində baş verib. Ukrayna hərbçiləri Rusiya qüvvələrinin istifadə etdiyi yeraltı keçidləri müəyyənləşdirərək həmin marşrutla irəliləyiblər.

Məlumata görə, “Veles” adlandırılan əməliyyat zamanı Ukrayna əsgərləri təxminən 1,2 metr diametrində olan qaz borularına daxil olublar. Dar keçidlərdə tərəflər arasında silahlı toqquşmaların yaşandığı bildirilir.

Ukrayna tərəfinin açıqlamasına əsasən, hərbçilər yeraltı boru xətləri boyunca 15 kilometrdən çox irəliləyiblər. Əməliyyat nəticəsində 30-dan artıq Rusiya əsgərinin əsir götürüldüyü, 100-dən çox hərbçinin isə itki verildiyi iddia olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *