Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral tutduğu vəzifəsindən azad edilib.
XeberPlus.com türk mediasına istinadla xəbər verir ki, bu barədə jurnalist Fuat Uğur məlumat paylaşıb.
Jurnalist Tələt Atilla isə Sarala zəng etdiyini və söhbətlərini nəql etdiyini söylədi:
“Prezidentin baş müşaviri cənab Oktay Sarala zəng etdim.”
“Səni işdən çıxarıblar?” – deyə soruşdum.
“Bəli. Biz vəzifələrimizə bağlı deyilik. Prezidentimiz məni bu vəzifəyə təyin etdi və mən onun göstərişi ilə istefa verdim. Heç kimə qarşı heç bir kin saxlamıram”, – deyə o bildirib.
“Bu, Azərbaycanla bağlı açıqlamalarınıza görədirmi?” – deyə soruşdum.
“Bəli, deyəsən,”- deyə cavab verdi.
Daha sonra belə dedi:
“Əhəmiyyətli olan Türkiyə Respublikasıdır. Əhəmiyyətli olan Prezidentimizin uğurudur.”.
Qeyd edək ki, Azərbaycanda qəbul edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilməməsi ilə bağlı bir neçə gün öncə qərar imzalanıb. Qanunun qəbul edilməsindən sonra, Oktay Saral sosial şəbəkə hesabında paylaşım edib:
“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir! Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!”
Bütün bunlardan sonra Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi bildirilib.








