XeberPlus

Ən son xəbərlər

Maraqlı

Brazilyanın möcüzəsi

2007- ci ildə dünyanın yeni yeddi möcüzəsi siyahısına əlavə edilən İsa Məsih heykəli bu gün milyonlarla turistin ziyarətinə çevilib. Qollarını geniş açan abidə sanki şəhəri qucaqlamaq istəyir. Heykəlin nəhəng olması isə onun daha maraqla qarşılanmasına səbəb olur.

Rio-de-Janeyro şəhərinə korkovado dağının zirvəsindən baxan İsa Məsih heykəli təkcə Braziliyanın deyil, bütün dünyanın ən tanınmış abidələrindən biridir. Ümumi uzunluğu 38 metr, çəkisi isə 1145 ton ağırlığında olan heykəl sülhün, sevginin və birliyin rəmzi hesab olunur. Barmaqlarından birinin uzunluğu təxminən 1 metrdir. Abidənin daxilində Nossa Senhora Aparecidaya həsr olunmuş ibadətgah yerləşir. Həmçinin onun daxilində texniki keçidlər və xidmət sahələri mövcuddur.

Abidənin tikintisi uzun illər davam edib və 1931-ci ildə istifadəyə verilib. Heykəlin ən maraqlı xüsusiyyətlərindən biri ildırımın ona tez-tez düşməsidir. Bu səbəbdən heykəl mütəmadi olaraq təmir edilir və qonaqlarını qarşılayır. 

Bu gün o, təkcə dini əhəmiyyət daşıyan bir abidə deyil, həm də Braziliyanın mədəni irsinin və qonaqpərvərliyinin simvolu kimi tanınır. Buranı ziyarət edənlər həm memarlığın gözəlliyini, həm də abidənin yaratdığı xüsusi atmosferi uzun müddət unuda bilmirlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *