XeberPlus

Ən son xəbərlər

Təhsil

“Humanitar sahələr geridə qalır” – Ekspertdən AÇIQLAMA

Son zamanlar xaricdə təhsil alan abituriyentlərin sayının artması müşahidə edilir. Əvvəllər humanitar ixtisaslar daha çox seçilsədə, bu gün bazar tələbilə uyğunlaşan ixtisaslara daha çox üstünlük verilir.Gənclər artıq yalnız diplom əldə etməyə deyil, məzun olduqdan sonra iş imkanları, gəlir səviyyəsi və beynəlxalq karyera perspektivi yaradan ixtisasları seçir.

Bəs Azərbaycanlı tələbələr xaricdə daha çox hansı ixtisaslara üstünlük verirlər?

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov XeberPlus.com-a açıqlamasında bildirib ki, yerli universitetlərdə əmək bazarının tələblərinə uyğun imkanların məhdudluğu gəncləri xaricdə təhsil almağa yönəldir:

“Azərbaycanda abituriyentlər artıq aldıqları ali təhsilin onların istəklərinə və bazar tələblərinə cavab vermədiklərini görürlər. Bəzi universitetlərdə ingilis dilinin tədrisi və ya ingilis dilli ixsasların tədrisi yoxdur. Praktik bacarıqların qazandırılması isə aşağıdır. Ona görə də abituriyentlər xaricə üz tuturlar. Burada isə onların büdcələri, imtahan nəticələri və s. nəzərə alınır”.

Ekspert xaricdə təhsil alan abituriyentlərin hansı ixtisasları daha çox seçdiyini bildirib:

“Ən çox seçilən ixtisasın mühandislik olduğunu müşahidə edirik. Həmçinin, texniki sahələrə də üstünlük verilir, çünki abituriyentlər həmin sahələrin dünyanın hər yerində keçərli olmasını istəyirlər. Ona görə də tibb, mühəndislik, psixologiya və s. kimi sahələr abituriyentlərin diqqətini daha çox cəlb edir”.

Mütəxəssis qeyd edib ki, IT və texniki sahələrə marağın artması humanitar ixtisasların seçimdə arxa planda qalmasına səbəb olur:

“Humanitar sahələr geridə qalır. Dövr artıq IT sahəsilə bağlıdır. Ona görə də abituriyentlərin əksəriyyəti bu sahələrə yönəlməkdədir”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *