XeberPlus

Ən son xəbərlər

Maraqlı

Balinalar haqqında 7 maraqlı FAKT

Okeanın ən böyük canlılarından biri olan balinalar mürəkkəb xüsusiyyətlərilə seçilirlər. Bəzi balinalar minlərlə kilometr məsafə qət edir, bir-biri ilə xüsusi səslərlə əlaqə saxlayır, hətta yuxu zamanı belə nəfəs alma prosesini idarə edə bilirlər.

XeberPlus.com bu canlıların həyatı ilə bağlı maraqlı faktları təqdim edir

1.Dünyanın ən böyük heyvanı balinadır. Mavi balina 30 metrə yaxın uzunluğa və 150 tondan çox çəkiyə çata bilər.

2.Balinaların ürəyi çox böyükdür. Mavi balinanın ürəyinin çəkisi yüzlərlə kiloqrama çata bilər və ölçüsünə görə kiçik bir avtomobillə müqayisə edilir.

3. Balina balasını südlə bəsləyir. Ana balinanın südü çox yağlıdır və buda balanın sürətlə böyüməsinə kömək edir.

4. Balinalar beyinlərinin bir hissəsini növbə ilə dincəldə bilirlər.

5. Balinalar nəfəs dəliyindən hava çıxarır. Səthə qalxdıqda burun dəliklərindən güclü şəkildə hava və su buxarı çıxır. Bu, uzaqdan “su püskürtməsi” kimi görünür.

6. Balinalar məməlilərdir. Balıqlardan fərqli olaraq ağciyərləri ilə nəfəs alır, balalarını doğururlar.

7. Bütün balinaların dişləri yoxdur. Mavi balina və donqar balina kimi bəzi növlərin diş əvəzinə sudan qidanı süzməyə yarayan balina bığları var.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *