XeberPlus

Ən son xəbərlər

Araşdırma

Çuğundurun faydaları

Çuğundur illərdir bir çox məqəsdlər üçün istifadə edilən tərəvəzlərdən biridir. Çuğundur zəngin qida məhsulları ilə zəngindir. Onun tərkibində B və C qrup vitaminlər var.

XeberPlus.com xəbər verir ki, çuğundurun tərkibində olan  nitratlar  qan dövranının yaxşılaşmasına kömək edir. Həmçinin, qan təzyiqinin də tənzimləyir.

Çuğundur orqanizmi xərçəngdən və ürək xəstəliklərindən qoruyur. Çuğundur dəmir mənbəyi olaraq qanazlığı olan şəxslərə tövsiyə olunur.

Qan dövranının yaxşılaşması beyinə gedən qan axınının artmasına kömək edir. Bu səbəbdən çuğundur zehni fəaliyyət üçün də faydalıdır.

Liflə zəngin olduğu üçün çuğundur bağırsaqların normal fəaliyyətini dəstəkləyir və qəbizliyin qarşısının alınmasına kömək edə bilİR. Çuğundur folatla zəngin tərəvəzlərdən biridir. Folat hüceyrələrin normal fəaliyyəti və qan hüceyrələrinin yaranması üçün vacibdir. Çuğundurun qırmızı rəngini verən betalainlər antioksidant xüsusiyyətlərə malikdir. Bu maddələr hüceyrələri oksidləşdirici stresdən qorumağa kömək edir. Həmçinin,çuğundur arıqlamaq istəyən çəxslər üçün yaxşı seçimdir. Eyni zamanda kalorisi nisbətən aşağıdır və düzgün porsiyada istifadə edildikdə balanslı pəhrizə uyğun gəlir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *