Astara sakini Gəncədə itkin düşüb.
XeberPlus.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.
Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş.
M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəsi ilə görüşüb, həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb. Hadisə ilə bağlı artıq polisə məlumat verilib, onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Mirzəcan Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub. Onun haqqında məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.








