XeberPlus

Ən son xəbərlər

İdman

Babək Quliyev UEFA-dan təyinat alıb 

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

XeberPlus.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

O, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Babək Quliyev noyabrın 11-də Macarıstan – Şimali Makedoniya, 14-də Şimali Makedoniya – San Marino, 17-də isə San Marino – Macarıstan qarşılaşmalarında iş başında olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *