XeberPlus

Ən son xəbərlər

Dünya

Tailandda öldürülən uşaqların anası: ”Qatillərin edamı onlar üçün çox yüngül cəzadır”

Taylandın Pattaya şəhərində öldürülən 22 yaşlı Diana Nazimova və 17 yaşlı Roman Nazimovun anası övladlarının qətlində şübhəli bilinən şəxslərə ölüm hökmünün verilməsinin əleyhinə çıxıb.

Ailənin qohumu Konstantinin TASS-a verdiyi məlumata görə, ana hesab edir ki, təqsirləndirilən şəxslər üçün daha ədalətli cəza ömürlük həbs olardı.

Qohumların sözlərinə görə, Diana və Roman buddizmin təlimlərinə inanırdılar. Bu səbəbdən onların dəfn mərasimi deyil, kremasiya mərasimi Tayland ərazisində keçiriləcək.

Rusiyalı bacı-qardaş iyulun 27-də itkin düşüb. Daha sonra Tailand polisi onları öldürməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Saxlanılan şəxslər rusiyalıların idarə etdiyi motosikleti ələ keçirməyə cəhd edərkən onları öldürdüklərini etiraf ediblər.

Məlumata görə, eyni dəstə daha əvvəl, iyun ayında Taylandda üç nəfərdən ibarət bir ailəni də öldürüb.

Diana və Roman Nazimovla vida mərasiminin avqustun 6-da keçirilməsi planlaşdırılır.

Mənbə: Tass

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *