XeberPlus

Ən son xəbərlər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfəri başlayıb. Nazir Ceyhun Bayramovu Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb. Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Ceyhun Bayramovun digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.
Siyasət

Ceyhun Bayramov İrpen şəhərinə gedib

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə gedib.

Xeberplus.com APA-a istinadla xəbər verir ki, barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.

“Ukraynaya göstərdiyi həmrəyliyə və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində davam edən birgə səylərə görə Azərbaycana minnətdarıq”, – diplomat vurğulayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *