Azərbaycanın qızlardan ibarət basketbol millisi İslandiyaya uduzub
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Xeberplus.com Report-a istinadla xəbər verir ki, A qrupunda mübarizə aparan yığma IV turda İslandiya seçməsi ilə qarşılaşıb.
Görüş Azərbaycan komandasının məğlubiyyəti ilə başa çatıb – 74:77.
Qeyd edək ki, millimiz daha əvvəl Rumıniyaya 55:81, Portuqaliyaya 52:90, Niderlanda isə 72:79 hesabı ilə uduzub.

