Abituriyentlərin nəzərinə: Qarşıdakı son vacib tarixlər
Təhsil üzrə qəbul prosesində bir sıra mühüm mərhələlərin başa çatmasına sayılı günlər qalıb. İxtisas seçimi və sənəd qəbulu ilə bağlı son müraciət tarixləri yaxınlaşdığından vaxtı düzgün dəyərləndirmək vacibdir.
Müxtəlif təhsil pillələri üzrə son tarixlər fərqləndiyi üçün hər bir namizəd kateqoriyasına uyğun müddəti diqqətlə izləməlidir. Xeberplus.com qarşıdan gələn son tarixləri təqdim edir:
9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi — 9 avqust
Peşə təhsili üzrə ixtisas seçimi — 10 avqust
Subbakalavrların sənəd qəbulu — 15 avqust
Ali təhsil müəssisələrinə ixtisas seçimi (subbakalavrlar daxil olmaqla) — 12-19 avqust
İkinci ali və orta ixtisas təhsil üzrə sənəd qəbulu isə 31 avqust tarixində başa çatacaq.


